Qəhvə orqanizmə nə vaxt zərər vurur

Qəhvə orqanizmə nə vaxt zərər vurur

Kofedən yanlış istifadə orqanizm üçün zərərlidir.

101.az xəbər verir ki, bu barədə "Radio Sputnik"ə həkim-endokrinoloq, dietoloq Aleksey Kalinçev bildirib.

"Ənənəvi səhər qəhvəsini heç bir halda ac mədəyə içmək olmaz", - deyə Aleksey Kalinçev xəbərdarlıq edib. Onun sözlərinə görə, bu içkinin acqarına istifadəsi həzm yolunun xroniki xəstəliklərinin kəskinləşməsinə gətirib çıxara, qastritə, mədə yarasına, pankreatitə səbəb ola bilər.

"Əslində həmin xəstəliklər hamımızda bu və ya digər mərhələdə var, sadəcə onlar məktəb, tələbə illərində yüngülləşmə vəziyyətində ola bilərlər", - mütəxəssis müsahibəsində vurğulayıb.

Həkim qəhvənin acqarına istifadəsini "yanlış qida davranışı" ilə əlaqələndirir. İnsanda "sağlam aclıq" hisləri yoxdur, o səhərlər yemək istəmir var və gümrahlaşmaq üçün qəhvə içir.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR