Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 19-da 44,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,59 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 43,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 43,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,46 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 42,87 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel azdır

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR