Mançester Yunayted" futbol klubunun sistemləri kiberhücuma məruz qalıb

Mançester Yunayted" futbol klubunun sistemləri kiberhücuma məruz qalıb

İngiltərənin "Mançester Yunayted" futbol klubunun sistemləri kiberhücuma məruz qalıb.

101.az-ın məlumatına görə, bu barədə komandanın mətbuat xidməti bildirib.

Qeyd edilib ki, bunun qarşısını almaq üçün sürətli tədbirlər görülüb:

"Hazırda hadisəni araşdırmaq və davam edən İT pozuntularını minimuma endirmək üçün eskpert məsləhətçilərlə çalışırıq".

Veb sayt və tətbiqetmə də daxil olmaqla klubun media kanallarına zərər dəyməyib. Həmçinin istifadəçilərin şəxsi məlumatlarının oğurlanması barədə məlumat yoxdur.

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR