Sabir Ələsgərov vəfat etdi

Sabir Ələsgərov vəfat etdi

Azərbaycanın Xalq artisti, tanınmış diktor Sabir Ələsgərov vəfat edib.

101.az xəbər verir ki, o, bu gün 84 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Sabir Ələsgərov səhhətində yaranan problemlərə görə, bu ilin aprelində 1 saylı Şəhər Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirilmiş, bir ay sonra isə evə buraxılmışdı.

Qeyd edək ki, Sabir Mәmmәd oğlu Ələsgərov 27 oktyabr 1936-cı ildə Tbilisidə anadan olub. 1961-ci ildə Azәrbaycan Pedaqoji Rus Dili vә Ədәbiyyatı İnstitutunu bitirib. Azәrbaycan Dövlәt Teleradio Verilişlәri Komitәsindә (indiki Azәrbaycan Televiziya vә Radio Verilişlәri QSC) fәaliyyәtә başlayan S.Ələsgərov 1966–72 illәrdә radionun, 1972–90 illәrdә televiziyanın baş diktoru, 1990–2006 illәrdә televiziyanın diktorlar şöbәsinin müdiri olub. “Xәbәrlәr” informasiya proqramının, “Sәadәt”, “Günün nәbzi”, “Sәfa” vә s. verilişlәrin daimi aparıcısı olub. Hökumәt tәdbirlәri vә bayram şәnliklәrindәn reportajların, dövlәt әhәmiyyәtli verilişlәrin hazırlanıb efirә verilmәsindә yaxından iştirak edib.

101.a,
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR