"Qarabağ" 6 qol vurub qələbə qazandı

"Qarabağ" 6 qol vurub qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.

101.az xəbər verir ki, günün yeganə matçında "Qarabağ" "Sumqayıt"ı qəbul edib. "Azersun Arena"dakı qarşılaşma meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 28-ci dəqiqədə Gerye açıb. 6 dəqiqə sonra Abdullah Zubir 2-ci topu rəqibin qapısından keçirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə haitili futbolçu dublunu rəsmiləşdirib. Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci yarıya da hücumlarla başlayan "Qarabağ" 54-cü dəqiqədə Toral Bayramovun qolu ilə fərqi daha da artırıb. 75-ci dəqiqədə Mahir Emreli komandasının 5-ci qolunu vurub. 87-ci dəqiqədə "Sumqayıt" fəırqi azaldıb. Qonaqlardan Tellur Mütəllimov fərqlənib. 90-cı dəqiqədə isə Zubir görüşdə son nöqtəni qoyub - 6:1.

Bu qələbədən sonra xallarını 18-ə çatdıran "Qarabağ" vahid lider olub. "Sumqayıt" isə 15 xalla 2-ci pillədə qalıb.

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR