Kanada turistlərin ölkəyə girişi ilə bağlı qadağanı uzatdı

Kanada turistlərin ölkəyə girişi ilə bağlı qadağanı uzatdı

Kanada hakimiyyəti koronavirus pandemiyası ilə əlaqədar xarici vətəndaşlar üçün ölkəyə girişlə bağlı daha əvvəldən tətbiq olunan məhdudiyyətləri yanvarın 21-dək uzadıb.

101.az xəbər verir ki, bu barədə ölkənin İctimai Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Nazirliyin tvitter səhifəsində yer alan məlumatda yalnız ABŞ vətəndaşlarına bu qadağanın tətbiq olunmayacağı göstərilib. Belə ki, ABŞ vətəndaşlarının ölkəyə səfər etməsinə dekabrın 21-dən bəri icazə verilir.

Qeyd edilib ki, diplomatlar, kanadalıların yaxın qohumları və bəzi mövsümi işçilər və xarici tələbələrə istisnalar tətbiq olunur.

Son məlumatlara görə, Kanadada koronavirusa yoluxanların sayı 370 min nəfərə çatıb. 294 mindən çox pasiyent sağalıb, 10-dan çox insan COVID-19 qurbanı olub.

101.az (“Report”)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR