Məşhur psixoloq həbs olunacaq

Məşhur psixoloq həbs olunacaq

İndi Psixoloq kimi fəaliyyət göstərən Nurlan Kərimov əvvəllər İlham Mirzəyevin yaxın dostu, Faiq Ağayevin isə prodüseri olub.

101.az-a müraciət edən vətəndaş Aygün Əmiraslanova, psixoloq Nurlan Kərimovla 2005-ci ildə ailə həyatı qurub, rəsmi nikahdan 2006-2007-ci il təvəllüdlü iki övladı var.

''Hər kəsə pul borclu idi.Tez-tez telefon nömrəsini dəyişdiyindən onu tapmaq mümkün olmurdu. Mənim də qızıllarımı bir dəfə girov qoyaraq çoxlu miqdarda borc götürmüşdü. Bundan xəbər tutan kimi həmin borcu ödəyib qızıllarımı geri qaytara bilmişdim. Evdən də oğurluq etməyə başlamışdı.
Bütün bu olanlardan təngə gəlib 2008-ci ildə ondan ayrıldım.'

Məhkəmə aliment məsələsi ilə bağlı qərar qəbul etsə də Nurlan hər cür bəhanə ilə ödənişlərdən yayınmağa çalışır, məhkəməyə saxta sənədlər təqdim edir. Guya onun avtomobilinə əl qoyulub, kişiliyi və psixoloji durumu ilə bağlı xəstəlikləri var və sairə. Hətta məhkəməyə müraciət edərək atalıqdan imtina etmək istəmişdi. Guya uşaqların sənədlərini mən rüşvət verməklə almışam. Lakin məhkəməyə sənədlər təqdim etdim və məlum oldu ki, uşaqlara sənəd Nurlanın iştirakı ilə verilib.

Suraxanı rayon Məhkəmə qərarları icrası şöbəsi alimentin icrasına başlamaq haqda qərar qəbul edildikdən sonra o axtarışa verildi. Məhkəmələrə gəlmədi ki, aliment ödəməsin. İki ildən çoxdur ki, aliment ödəmir. Həmin qərar icra olunmamış qalır”.


Aygün Əmiraslanova xahiş edir ki, uşaqlarının aliment məsələsində ona kömək etsinlər. ‘’Maddi çətinliklərim var, uşaqlarımı dolandıra bilmirəm. Eşitmə problemim var, III qrup əliləm. Hazırda uşaqla anamın himayəsində qalıram. Övladlarımın müalicəyə ehtiyacı var, amma buna imkanım yoxdur”.

101.az-a verən məlumata görə, cavabdeh Nurlan Kərimova qarşı '“İcra haqqında” Azərbaycan Respublikasının Qanununu, 27-ci maddəsini əsas tutaraq axtarış elan edib. 30 sutka müddətinə azadlıqdan məhrum olunub. Hal-hazırda cinayət məsuliyyətinə cəlb olunması üçün icra tədbirləri davam etdirilir.

Həmçinin qeyd edək ki, 14 iyun tarixində məsələ ilə bağlı İnzibati-İqtisadi Məhkəməsində növbəti proses keçiriləcək.


Qeyd edək ki, Aygün Əmiraslanovanın keçmiş həyat yoldaşı Nurlan Bəyləroğlu mətbuatda özünü psixoloq, müğənni və prodüser kimi təqdim edib.



101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR