Səməd Seyidov AŞPA-nın qətnamə layihəsindəki bəzi bəndlərə etiraz edib

Səməd Seyidov AŞPA-nın qətnamə layihəsindəki bəzi bəndlərə etiraz edib

AŞPA-nın yaz sessiyasında polşalı parlamentari Killyon Munyamanın hazırladığı “Avropada öz ölkələrində məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı qətnamə layihəsi müzakirə olunarkən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov layihədə Dağlıq Qarabağla bağlı maddənin bəzi bəndlərinə etirazını bildirib.
101.az xəbər verir ki, onun tələbi ilə BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsi AŞPA-nın layihəsinə daxil edilib. Eyni zamanda, nümayəndə heyətimizin rəhbəri layihədə Azərbaycanın Şuşa şəhərinin adının yazılışına etiraz edərək bununla bağlı tələb irəli sürüb, həmçinin Dağlıq Qarabağ ərazilərinin qeyri-rəsmi təşkilatlar tərəfindən minalardan təmizlənməsi məsələsinə etirazını bildirib. Azərbaycan nümayəndə heyəti rəhbərinin bütün tələbləri yerinə yetirilib, layihəyə dəyişikliklər edilib.
101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR