Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi

Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi

Koronavirusun yeni növünə yoluxan Ermənistan prezidenti Armen Sarkisyan ikitərəfli sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

101.az xəbər verir ki, bu barədə Ermənistan Prezident Administrasiyasının Mətbuat xidməti məlumat yayıb.

“Koronavirusun yeni növünə yoluxan və evdə müalicə alan prezident Armen Sarkisyan xəstəxanaya yerləşdirilib”,- deyə açıqlamada bildirilib.

Xatırladaq ki, Londonda ayağından əməliyyat olunan Armen Sarkisyanda koronavirusun yeni ştammı yanvarın ilk həftəsində aşkarlanıb.

101.az


Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR