Hərbçi qardaşlar qəzaya düşdü, biri öldü

Hərbçi qardaşlar qəzaya düşdü, biri öldü

Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

101.az bildirir ki, yanvarın 12-də saat 16 radələrində Şəki rayonunun Daşüz kəndi ərazisində Qax rayon sakini Rəvan Məcidov idarə etdiyi “Mercedes” markalı avtomobili körpüdən dərəyə aşırıb. Nəticədə sərnişini olan qardaşı Kənan hadisə yerində vəfat edib, özü və digər 4 sərnişini müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Kənan və Rəvan qardaşları Qax rayon sakinləridir. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

İlkin məlumata görə, qəzaya düşən qardaşlar hərbçi olublar.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR