Rəhimova millidən getməsinin səbəbini açıqladı

Rəhimova millidən getməsinin səbəbini açıqladı

“Milli komandada keçirdiyim 13 illə bağlı həqiqətən də çox yaxşı xatirələrim var”.

101.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova deyib.

Dünya səviyyəli ulduzlar sırasına adını yazdıran milliləşən legioner yığmadan gedişinin səbəbini açıqlayıb: “İndi mən yığmadakı beynəlxalq karyeramı bitirirəm. Çünki mən Braziliyada çıxış edirəm. Dünyanın bir başından digərinə getmək, qısa müddətdə fərqli qurşağa və komandaya uyğunlaşmaq üçün çox güc sərf etməliyəm. Azərbaycan yığmasında keçirdiyim vaxtla bağlı xatirələr mənimlə əbədi qalacaq”.

Qeyd edək ki, Polina Braziliyanın “Sesi Bauru” klubunun şərəfini qoruyur.

101.az (unikal org)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR