Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb

Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb

Qazaxıstan Azərbaycandan qeyri-müəyyən müddətə pomidor idxalını dayandırıb.

101.az-ın məlumatına görə, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi bildirib.

Qeyd olunur ki, yanvarın 2-dən 12-dək Azərbaycandan idxal olunan pomidorlarda qəhvəyi meyvə qırışı virusu aşkar edilib.

İdxalın dayandırılması qərarı yanvarın 16-da qəbul edilib. Qadağa müvəqqəti xarakter daşıyır.

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR