Polşa Gimnastika Federasiyasının fəaliyyəti bərpa edildi

Polşa Gimnastika Federasiyasının fəaliyyəti bərpa edildi

Avropa Gimnastikası (EG) Polşa Gimnastika Federasiyası ilə bağlı qadağanı ləğv edib.

101.az xəbər verir ki, buna qurumun maliyyə öhdəliklərini yerinə yetirməsi səbəb olub.

Federasiyanın EG üzvlüyü və səsvermə hüquqları bərpa edilib. Bundan sonra qurum Avropa Gimnastikasının tədbirlərində iştirak edə biləcək.

Qeyd edək ki, Polşa Gimnastika Federasiyası 2019-cu ilin aprelində idman gimnastikası üzrə Avropa çempionatını keçirmək üçün EG-dən aldığı 170 000 avro məbləğində borcu vaxtında ödəyə bilmədiyi üçün yerli idmançılar ötən ilin noyabrında baş tutan turnirdə iştirak hüququndan məhrum edilmişdi.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR