Ermənistan Qarabağda ən çox itkini hansı prezidentin dövründə verib?

Ermənistan Qarabağda ən çox itkini hansı prezidentin dövründə verib?

Ermənistanda keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarqsyan və hazırki baş nazir Nikol Paşinyanın hakimiyyətləri dövründə ölkənin cəbhədəki itkilər açıqlanıb.

101.az xəbər verir ki, Baş Prokurorluq bununla bağlı jurnalistlərin sorğusunu cavablandırıb.

Belə ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın dövründə (1991-1998) ölkənin itkiləri 7 min civarında olub. Bildirib ki, həmin dönəmin itkiləri barədə rəsmi mənbələrdən məlumat almaq qeyri-mümkün olub və rəqəmlər təxminidir. Rəsmi məlumata görə, 1998-ci ildən 2008-ci ilədək ölkəyə rəhbərlik edən Robert Köçəryanın dövründə cəbhədə 92 nəfər erməni ölüb.

Üçüncü prezident Serj Sarqsyanın (2008-2018) dövründə Ermənistan 228 hərbçi itirib. Onlardan 86-sı 2016-cı ildəki Aprel döyüşlərinə məhv edilib. Digər illərin göstəriciləri isə R.Köçəryan dövrünün itkilərinə yaxındır.

Hazırkı baş nazir Nikol Paşinyan hakimiyyətə gələndən bəri ermənilərin hərbi itkiləri 5 mini ötüb. Bəzi ekspertlərin fikrincə, bu rəqəm 7 mindən çoxdur.

Beləliklə, Ermənistan KİV qeyd edir ki, ikinci və üçüncü prezidentləri dövründə ölkədə sabitlik və təhlükəsizlik təmin olunub.

101.az (“Report” )
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR