Ağ ev: ABŞ İrana qarşı məhdudiyyətləri gücləndirəcək

Ağ ev: ABŞ İrana qarşı məhdudiyyətləri gücləndirəcək

“ABŞ İranın nüvə proqramına aid olan məhdudiyyətləri uzatmaq və gücləndirmək niyyətindədir”.

101.az xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Cen Psaki ABŞ prezidenti Cozef Baydenin İrana münasibətinə dair suala cavabında bildirib.

O, prezidentin və dövlət katibinin vəzifəsinin icrasına başlamazdan əvvəl etdikləri çıxışlara istinad edərək deyib: “Prezident diplomatiyaya inandığını aydın şəkildə bəyan etdi. ABŞ İranın nüvə proqramı və narahatlıq yaradan başqa sahələrə məhdudiyyətləri uzatmaq və gücləndirmək niyyətindədir. İran bütün öhdəlikləri yerinə yetirəndən sonra dialoq mümkün olacaq”.

101.az (“Report”)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR