Yaponiya hökumətindən "Tokio-2020" açıqlaması

Yaponiya hökumətindən "Tokio-2020" açıqlaması

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı yekun qərarın veriləcəyi tarix müəyyənləşib.

101.az-ın məlumatına görə, bu barədə yarışın Təşkilat Komitəsinin rəhbəri Yosiro Mori "Nishinippon Shimbun" qəzetinə müsahibəsində bildirib.

O, qərarın martın 25-də Olimpiya məşəli estafetinin başlanacağı tarixdə veriləcəyini vurğulayıb: "Təbii ki, biz müxtəlif tərəflərdən ən pis variantı nəzərdən keçiririk. Olimpiadanın taleyinə məşəl estafetinin start götürməsi və ya ləğvindən asılı olaraq aydınlıq gələ bilər".

Oyunların tamaşaçısız keçirilməsinin mümkünlüyündən danışan Mori bununla bağlı martın sonunda dünyadakı koronavirusla bağlı vəziyyəti analiz etdikdən sonra qərar verilə biləcəyini qeyd edib.

Yaponiya hökuməti isə Olimpiya Oyunlarının bu yay keçirilməsindən ötrü koronavirusun yayılmasına qarşı bütün tədbirləri gördüyünü bəyan edib. Baş nazir Yosihide Suqa Oyunların təşkilində qərarlı olduğunu vurğulayıb. Hökumət koronavirusa qarşı kordinasiya müşavirələri keçirir və olimpiadanın təşkili üçün hərtərəfli tədbirlər görür: "Bütün tərəfdaşlarımız, o cümlədən, Yaponiya hökuməti, Tokio administrasiyası və Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq Paralimpiya Komitəsi yarışın bu yay təşkilinə tam kökləniblər. Ümidvarıq ki, gündəlik həyat tərzi mümkün qədər tez qaydasına düşəcək və biz təhlükəsiz Oyunlara hazırlaşmaq üçün bütün səylərimizi göstərməkdə davam edəcəyik".

Qeyd edək ki, "The Times" nəşri Yaponiya hökumətinin Tokio olimpiadasını ləğv etmək istədiyini yazıb. "Tokio-2020" bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR