Qəza zamanı sürücü yalnız bir şərtlə məsuliyyətə cəlb olunmayacaq

Qəza zamanı sürücü yalnız bir şərtlə məsuliyyətə cəlb olunmayacaq

İnzibati Xətalar Məcəlləsinə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasıyla bağlı yeni bəndin əlavə edilməsi təklif edilir.

101.az xəbər verir ki, təklif edilir ki, Məcəllənin 327-ci maddənin “qeyd” hissəsinə aşağıdakı məzmunda 7-1-ci bənd əlavə edilsin:

“7-1" Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir.

Qeyd edək ki, 327.6- cı maddədə bildirilir ki, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir.

Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR