Niyazi Bayramov şəhid ailələri və qaziləri, həmçinin erməni terroru nəticəsində zərər görənləri daim diqqətdə saxlayır

Niyazi Bayramov şəhid ailələri və qaziləri, həmçinin erməni terroru nəticəsində zərər görənləri daim diqqətdə saxlayır

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Gəncədə də şəhid və qazi ailələrinin mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edir, qazilər və erməni terroru nəticəsində zərər görən sakinlərlə görüşür, onların qayğıları ilə maraqlanır.

Niyazi Bayramov həftə ərzində daha bir neçə şəhidin yaxınlarını ziyarət edərək onlara başsağlığı verib, səbr diləyib. Görüşdə şəhidlərin keçdikləri döyüş yolundan, onlarla bağlı xatirələrdən danışılıb. İcra başçısı şəhid yaxınlarını narahat edən məsələlərlə maraqlanıb, ailə üzvlərinin şikayət və təkliflərini dinləyib.

Bununla yanaşı Niyazi Bayramovun tapşırığı əsasında şəhər icra hakimiyyətinin vəzifəli şəxsləri də müntəzəm olaraq şəhid ailələrini ziyarət edirlər.

Vətən müharibəsində iştirak edərək sağlanmlığını itirən qazilər də diqqətdə saxlanılırlar. Şəhər rəhbərliyi həftə ərzində bir neçə qazi ilə görüşərək, onlarla söhbət edib. Görüşdə Azərbaycan Ordusunun düşmən üzərindəki inamlı qələbəsindən, əsgər və zabitlərimizin qəhrəmanlığından söz açılıb. Niyazi Bayramov Qarabağ qazilərinin problemləri ilə də maraqlanıb, onları narahat edən məsələlərin qısa müddət ərzində həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində zərər çəkən sakinləri də narahat edən məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Mürcaiətləri əsasında erməni vəhşiliyinin qurbanı olan sakinlərlə görüşən Niyazi Bayramov bildirib ki, Erməni terroru nəticəsində zərərçəkən sakinlərin bütün zəruri ehtiyacları dövlət tərəfindən qarşılanır. Həmin şəxslərə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq yardımlar göstərilib və göstərilir.

Onları narahat edən məsələlərin tezliklə həll olunacağına ümid etdiklərini bildirən şəhd yaxınları, qazi və sakinlər, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.



























101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR