Velosiped millimiz bir aylıq Türkiyəyə getdi

Velosiped millimiz bir aylıq Türkiyəyə getdi

Şose velosipedi üzrə elit, U-23 və gənclərdən ibarət yığma komandalarımız Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təlim-məşq toplanışında iştirak etmək üçün Türkiyənin Alanya bölgəsinə yola düşüb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında fevralın 5-dək davam edəcək hazırlıq prosesində 10 idmançımız iştirak edəcək.

Təlim-məşq toplanışının ardınca komanda üzvlərimiz fevralın 6-dan 22-dək Alanya və Antalya bölgələrində təşkil ediləcək müxtəlif kateqoriyalı beynəlxalq yarışlarda iştirak edəcəklər. Ölkəmizin elit yığma komandasının üzvü, Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək Elçin Əsədov da Türkiyənin “Salcano Sakarya” kontinental klubunun heyətində Alanyada hazırlıq prosesinə qatılıb.

Vahid idman təqvim planına əsasən, 2021-ci ildə yığma komanda üzvlərimiz Tokio Yay Olimpiya Oyunları, Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunları, Dünya və Avropa çempionatları, həmçinin Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) bayrağı altında keçiriləcək xeyli nüfuzlu beynəlxalq yarışlarda iştirak etməlidir.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR