Ərdoğan Azərbaycanla energetika sahəsində əməkdaşlıqla bağlı sənədi İMZALADI

Ərdoğan Azərbaycanla energetika sahəsində əməkdaşlıqla bağlı sənədi İMZALADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.

101.az xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanunu imzalayıb.

Qanun imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, sənəd Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönmez imzalayıb.

101.az (unikal org)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR