Azərbaycanda 142 nəfər COVID-19-dan sağalıb, 156 nəfər yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda 142 nəfər COVID-19-dan sağalıb, 156 nəfər yoluxub, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 129 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 761 nəfər müalicə olunaraq sağalıb, 3 198 nəfər vəfat edib, aktiv xəstə sayı 2 170 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 236, ötən müddət ərzində isə ümumilikdə 2 551 116 test aparılıb.



101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR