Bill Qeyts Texasda baş verən təbii fəlakətə münasibət bildirib

Bill Qeyts Texasda baş verən təbii fəlakətə münasibət bildirib

“Microsoft”un qurucusu Bill Qeyts Texasdakı faciəyə münasibət bildirib.

CNN telekanalının məlumatına görə, milyonçu təbii fəlakətə görə yerli hökuməti günahlandırıb.

“Xüsusilə problem qazla işləyən elektrik stansiyalarının soyuğa davamlı olaraq inşa edilməməsidir. Bunu etmək mümkün idi, lakin xeyli vəsait tələb olunurdu. Belə şəraitdə Texas rəhbərliyi işə yaramayan bir kompromis variantı seçdi”, - deyə Qeyts bəyan edib.

O, insan itkilərindən məyus olduğunu dilə gətirib və misal üçün Alyaska əyalətinin pis hava şəraitinə hazır olduğunu vurğulayıb.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR