“Mançester Siti” ardıcıl 13-cü qələbəsini qazandı

“Mançester Siti” ardıcıl 13-cü qələbəsini qazandı

İngiltərə Premyer Liqasının 25-ci turu keçirilib.

101.az xəbər verir ki, Londonun "Emireyts" stadionunda “Mançester Siti” “Arsenal”la qarşılaşıb.

Görüş "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 2-ci dəqiqədə Rahim Sterlinq vurub.

Beləliklə, "Mançester Siti" müxtəlif turnirlərdə ardıcıl 18 qələbə qazanıb. Həmçinin "Mançester Siti" məğlubiyyətsiz seriyasını 25 oyuna qədər uzadıb. Turnir cədvəlində komanda 59 xal qazanaraq liderliyini davam etdirir, o ikinci yerdə olan "Lester" komandasını 10 xal qabaqlayır.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR