Gəncənin ilk müstəqil teatrı yaradıldı

Gəncənin ilk müstəqil teatrı yaradıldı

Gəncə şəhərinin ilk müstəqil teatrı təsis olunub.101.az xəbər verir ki, “dAo” adlı teatrın qurucusu aktyor və rejissor Elmin Bədəlovdur.

"Fevral ayının əvvəli Gəncədə seçim turu olmuş və seçimə 30 nəfərdən çox insan qatılmışdır. Onlardan 11 nəfəri teatra seçilib",- deyə E. Bədəlov bildirib.

Artıq ilk performansın hazırlıqlarına başlanılıb və nümayiş haqqında teatrın rəsmi səhifələrində məlumatlar yayılacaq. Hər həftə Bakıdan gedən incəsənət nümayəndələri teatr heyətinin formalaşması üçün onlara plastika, danışıq, bədən məşqləri, rəqs hazırlıqları keçir.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR