"Telegram"da YENİLİK

"Telegram"da YENİLİK

“Telegram”a yeni funksiya əlavə olunub.

101.az xəbər verir ki, mesajlaşma platformasında yalnız idarəçilərin qruplarda və kanallarda mesajların avtomatik silinməsinə imkan verə biləcəyi funksiya işləməyəcək.

Qeyd olunur ki, bundan sonra bütün istifadəçilər üçün mesajların avtomatik silinməsi istənilən söhbətdə mümkün olacaq. Bu rejimdə mesajlar göndərildikdən 24 saat və ya 7 gün sonra yox olacaq.

“Telegram” bir çox formatda mesaj və media mübadiləsi etməyə imkan verən mesajlaşma platformasıdır. Bu layihə 2013-cü ildə “VKontakte” sosial şəbəkəsinin qurucusu Pavel Durov tərəfindən hazırlanıb.

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR