Bu sahədə 260 min pozuntu aşkarlanıb

Bu sahədə 260 min pozuntu aşkarlanıb

Rusiya Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində kompleks yoxlamalar zamanı 260 min yanğın təhlükəsizliyinin pozulması halları qeydə alınıb.

101.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yanğın Nəzarəti üzrə Rusiya Federasiyasının baş dövlət inspektoru Rinat Enikeyev bildirib.

Kompleks yoxlamalar “Zimnaya Vişnya” ticarət-əyləncə mərkəzində baş vermiş dəhşətli yağın hadisəsindən sonra aparılıb.

“Bu gün üçün 60 min yoxlama həyata keçirilib və 30 min ciddi çatışmamazlıq halları və 260 min yanğın təhlükəsizliyinin pozulması halları qeydə alınıb” – Enikeyev bildirib.

Onun sözlərinə görə 11 min belə hal ticarət-əyləncə mərkəzlərində qeydə alınıb.

Qeyd edək ki, 2018-ci ilin mart ayında Rusiyanın Kemerovo vilayətində “Zimnaya Vişnya” ticarət-əyləncə mərkəzində dəhşətli yanğın hadisəsi baş verib. Yanğında çoxu uşaq olmaqla 64 nəfər həyatını itirib.

101.az (Modern.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR