Gənc şairin ilk kitabı nəşr olunub

Gənc şairin ilk kitabı nəşr olunub

Ulu Şeyx Nizami yurdu olan Gəncədə gənc şair Həsən Hüseynovun “Sevgi səninlə gözəldir” adlı yeni ilk kitabı işıq üzü görüb.

101.az bildirir ki, gənc şair Həsən Sakit oğlu Hüseynov 1997-ci il noyabr ayının 7-də Gəncə şəhərində anadan olub. O, Ə. Cavad adına 2 saylı tam orta məktəbini bitirib. Həmçinin, gənc şair Gəncə Dövlət Dram Teatrının yardımçı aktyor heyətində çalışır. “Sevgi səninlə gözəldir” şerlər toplusu gənc şairin ilk kitabı olmaqla “Star çap evi”ndə nəfis şəkildə nəşr olunub.

Qeyd edək ki, kitabın redaktoru Nəzakət Şəmilqızı, dizaynı isə Elnurə Məmmədovaya məxsusdur.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.



101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR