Fəxrəddin Manafovun həyat yoldaşı vəfat edib

Fəxrəddin Manafovun həyat yoldaşı vəfat edib

Azərbaycanın Xalq artisti, teatr və kinoaktyoru Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqova vəfat edib.

101.az-ın məlumatına görə, bu barədə keçmiş aparıcı Hacı Nuran Hüseynov instaqram sosial şəbəkəsindəki hesabında bildirib.

O, qeyd edib ki, Vahidə Sadıqova bu gün 65 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Xatırladaq ki, Vahidə Sadıqova Azərbaycan dövlət televiziyasının diktoru olub.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR