Ədalət Damla ilə efirə çıxmamasından danışdı - Video

Ədalət Damla ilə efirə çıxmamasından danışdı - Video

"Heç kim deyə bilməz ki, Ədalət Şükürovla problemim var. Yaxşı olar ki, bizə hörmət etsin. Orada bizim sözümüz yerə düşdü. İncəsənət aləmində kimsə kimdənsə nəsə xahiş edirsə, baş üstə deməlidir. Bütün xanımlara hörmətim var".

101.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov "Həmin Zaur" proqramında deyib. Müğənni proqramlardan birinə Damla ilə çıxmaması haqda sözlərə münasibət bildirib:

"Düzgün başa düşülməyib. Proqramda format belə idi ki, bir xanım müğənni çıxıb yarım saat oxuyur. Sonra mən, sonra Abbas Bağırov çıxmalıydı. Çıxdım yarım saat oxudum. Rejissora dedim ki, Abbas Kürdəmirdən gəlir, əgər çatmırsa qalım. Dedilər yox, hadisə belə baş verib".

Qeyd edək ki, "5/5" proqramında Ə.Şükürov Damla studiyaya gələndə proqramı tərk etmişdi.

https://ok.ru/video/1867666950868

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR