"WhatsApp"da yeni funksiya işə salınıb

"WhatsApp"da yeni funksiya işə salınıb

"WhatsApp" messencerinin kompüter versiyasında yeni funksiyalar peyda olub.

101.az-ın məlumatına görə, messencerin həmin versiyasında səsli mesaj və videozəng funksiyaları işə salınıb.

Qeyd olunur ki, bu funksiyalar "Windows" və "Mac" platformlarında mümkündür.

Bu günədək səsli mesaj və videozəng funksiyaları yalnız mobil telefonlarda mümkün idi.

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR