"Liverpul" futbol klubu tarixində ilk dəfə ardıcıl beş ev oyununda məğlub oldu

"Liverpul" futbol klubu tarixində ilk dəfə ardıcıl beş ev oyununda məğlub oldu

"Liverpul" futbol komandası ilk dəfə doğma stadionunda beş matç dalbadal məğlub oldu.

101.az-ın məlumatına görə, martın 4-də İngiltərə Premyer Liqasının 29-cu turunda Yurqen Kloppun yetirmələri minimal hesabla (0:1) London "Çelsi" klubuna məğlub olublar. Komanda eyni zamanda "Börnli" (0:1), "Brayton" (0:1), "Mançester Siti" (1:4) və "Everton" (0: 2) ilə qarşılaşmalarda məğlub olub.

"Liverpul", həmçinin ardıcıl beş ev oyununda məğlub olan İngiltərənin ilk hazırkı çempionu oldu.

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR