Böyük Dəbilqə: Kəramət Hüseynov iki rəqibini məğlub etdi

Böyük Dəbilqə: Kəramət Hüseynov iki rəqibini məğlub etdi

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilib.

101.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycanın 6 idmançısı mübarizəyə qoşulub.

60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov təsnifatda Rusiya təmsilçisi Ayub Bliyev, 1/16 finalda isə Cənubi Koreyadan olan Harim Lini mübarizədən kənarlaşdırıb. O, 1/8 finalda türkiyəli Mirac Akkusla üz-üzə gələcək. Eyni çəkidəki Oruc Vəlizadə 1/16 finalda almaniyalı Morits Plafkinin müqavimətini qırmağa çalışacaq.

66 kq-dakı Nicat Şıxəlizadə 1/16 finalda bolqarıstanlı Bojidar Temelkovla, Orxan Səfərov isə eyni raundda finlandiyalı Lukas Saha ilə görüşəcək.

Qadın güləşçilərdən 48 kq çəki dərəcəsində yarışan Leyla Əliyeva və Aişə Qurbanlı 1/16 finala təsadüf edən ilk görüşlərində Özbəkistan təmsilçiləri ilə münasibətlərinə aydınlıq gətirəcək.Əliyeva Gülnur Muratbəyova, Qurbanlı Həliməcan Kurbonova ilə qarşılaşacaq.

Qeyd edək ki, turnir martın 7-dək davam edəcək. Azərbaycan Böyük Dəbilqədə 12 cüdoçu ilə təmsil olunur.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR