Azərbaycanda qızıl və gümüş ucuzlaşır

Azərbaycanda qızıl və gümüş ucuzlaşır

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

101.az-ın məlumatına görə, martın 5-də qızılın qiyməti martın 4-ü ilə müqayisədə 34,8755 manat (1,2 faiz) azalaraq 1 unsiya üçün 2 876,434 manat təşkil edib.

Gümüş 1,5582 manat (3,51 faiz) ucuzlaşaraq 1 unsiya üçün 42,8392 manata bərabər olub.

Platinin qiyməti 63,393 manat (3,21 faiz) azalaraq 1 910,817 manat, palladiumun qiyməti 18,0795 manat (0,45 faiz) azalaraq 3 990,818 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 174,4795 manat (5,7 faiz) ucuzlaşıb, gümüş 1,8602 manat (4,2 faiz) ucuzlaşıb, platin 40,103 manat (2,1 faiz) bahalaşıb, palladium 86,173 manat (2,2 faiz) bahalaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 88,9865 manat (3,2 faiz) bahalaşıb, gümüş 13,5762 manat (46,4 faiz) bahalaşıb, platin 422,5265 manat (28,4 faiz) bahalaşıb, palladium 329,8425 manat (7,6 faiz) ucuzlaşıb.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR