İsrail ordusu planlarını yenilədi: İrana qarşı...

İsrail ordusu planlarını yenilədi: İrana qarşı...

İsrail ordusu İranın nüvə stansiyalarını vurmağı ehtiva edən hərbi planlarını yeniləyib.

101.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri Benni Qantz “Foks Nyus”a müsahibəsində bildirib.

İsrail Savunma Bakanı Gantz İran'ın nükleer tesislerini vurmaya yönelik planlarını güncellediklerini söyledi

“Planları hazırlamağa, inkişaf etdirməyə, mümkün olan ən yüksək professional səviyyəyə çıxarmağa davam edəcəyik. Planlara hücumun həyata keçiriləcəyi ana qədər son forması verilməyəcək. Dünya İranın qarşısını almalıdır. Əks təqdirdə, İsrail müstəqil hərəkət etməli və özünü qorumalıdır”.

Müdafiə naziri “Hizbullah” qruplaşmasının əlində yüzminlərlə raket olduğunu ifadə edib. Nəşrin müxbirinə qruplaşmanın hədəflərinə dair xəritə göstərib.

Qeyd edək ki, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əviv Köçəvi 27 yanvarda İranın nüvə proqramının qarşısını almaq üçün orduya yeni əməliyyat planlarının hazırlanması təlimatı verdiyini açıqlamışdı.

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR