İtlərin insan üçün yeni təhlükəsi

İtlərin insan üçün yeni təhlükəsi

İtlər növbəti qrip virusunun təbii daşıyıcıları ola bilər.

101.az-ın məlumatına görə, bir qrup amerikalı mütəxəssis bu qənaətə gəlib.

Qeyd olunur ki, Çinin cənubunda aparılmış tədqiqatlar zamanı itlərdə müxtəlif qrip virusu genomları müəyyən edilib. Məlum olub ki, həmin itlərdə 2009-cu ildə güclü qrip pandemiyasına səbəb olmuş Çin donuzlarında getmiş proseslər aşkar edilib.

Bununla əlaqədar olaraq itlərdə qripin yayılmasının qarşısını almaq üçün mütəxəssislər müəyyən tədbirlərin həyata keçirilməsini zəruri hesab edir. Onların fikrincə, hər il insanın təhlükəli virus qripinə yoluxması riski artır.

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR