Rusiya gözəli azərbaycanlı toyunda aparıcılıq etdi - FOTO

Rusiya gözəli azərbaycanlı toyunda aparıcılıq etdi - FOTO

Anna Qorodfjaya 2002-ci ildən professional model kimi çalışır

Məşhur rusiyalı model, “Rusiya gözəli 2013” və “Rusiya vitse-gözəli 2012” Anna Qorodjaya tanınmış azərbaycanlı müğənni Xəyyam Nisanovla bir yerdə Moskvada azərbaycanlıların toyunda aparıcılıq edib.

101.az bu barədə Nisanovun Instagram sosial şəbəkəsindəki səhifəsinə istinadən xəbər verir. Müğənni səhifəsində modellə birgə çəkilmiş fotosunu yerləşdirib və toyda aparıcılıq etməyə razılıq verdiyinə görə təşəkkür edib. Toyda məşhur rusiyalı ulduzlar qonaq qismində iştirak ediblər. Xəyyam Nisanov isə Azərbaycan mahnılarını səsləndirib.


Anna Qorodfjaya 2002-ci ildən professional model kimi çalışır. Karyerasında böyük uğur qazanan model, öz agentliyini açıb və xeyriyyə layihələri ilə məşğul olmağa başlayıb. Moskvaya köçəndən sonra bir neçə sənəti birləşdirmək qərarına gəlib. Hazırda Qorodjaya təkcə model deyil, eləcə də aparıcı və özünün toy mərasimləri agentliyinin direktorudur. O, Rusiyada bir çox ulduzların toy mərasimlərinin təşkilatçısıdır.

Xəyyam Nisanov artıq uzun illərdir ki, Azərbaycan səhnəsində çıxış edir. O, müğənnilikdən əlavə, uğurlu biznesmen kimi də tanınıb.


101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR