Hindistanda 11 şagird həlak olub

Hindistanda 11 şagird həlak olub

Hindistanda dəmir yolu keçidində məktəb avtobusunun qatarla toqquşması nəticəsində azı 11 şagird ölüb.
101.az xəbər verir ki, bu barədə RT "The Times of India" nəşri məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 8 nəfər yaralanıb.
Nəşrin yazdığına görə, məktəbliləri daşıyan avtobusun sürücüsü tənzimlənməyən dəmir yolu keçidində yolu daha tez keçməyə çalışdığından tam sürətlə irəliləyən qatarla toqquşub.
101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR