Berluskoni yenidən xəstəxanaya yerləşdirildi
İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni yenidən xəstəxanadadır.
101.az “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, ötən gün siyasətçi müayinə olunmaq üçün Milanda yerləşən “San Raffaele” xəstəxanasına gedib. Müayinədən sonra həkimlər növbəti müşahidələr üçün onun xəstəxanada saxlanılmasına qərar veriblər.
“İrəli, İtaliya” partiyasının liderinin səhhətində hansı problemin olduğu açıqlanmayıb.
Xatırladaq ki, ötən il koronavirusa yoluxan S. Berluskoni on gün klinikada müalicə olunduqdan sonra sağalaraq evə buraxılmışdı.
101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər