Yerevanda polis müxalifətçi qadınları saxlayıb

Yerevanda polis müxalifətçi qadınları saxlayıb

Bu gün Ermənistan hökuməti binası qarşısında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirən sağçı “Veto” hərəkatının xanım üzvləri polis tərəfindən saxlanılıb.

101.az TASS-a istinadən xəbər verir ki, yerli televiziyaların birbaşa reportaj verdikləri aksiya zamanı həmin qadınlar “torpaqlarımızı təhvil verən, minlərlə uşağımızı ölümə göndərən türkpərəst hökuməti oradan bayıra tullamaq istəyirik” – deyərək binaya yumurta atıblar.

Bundan sonra polis onları saxlayıb.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR