"Milan" və "İnter" bu futbolçuları dəyişir

"Milan" və "İnter" bu futbolçuları dəyişir

"Yuventus" və "Milan" yay transfer pəncərəsində futbolçu mübadiləsi edə bilərlər.

101.az goal.com-a istinadən xəbər verir ki, "Milan" Turin təmsilçisindən 26 yaşlı hücumçu Federiko Bernardeskini almaq istəyir. Klub bu keçidin qarşılığında "qoca sinyora"ya 26 yaşlı müdafiəçisi Alessio Romanyolini verməyi planlaşdırır. Hər iki futbolçunun öz klubları ilə 2022-ci ilin yayınadək müqaviləsi var. Tərəflər hələlik sözləməni uzatmaq barədə razılığa gəlməyiblər.

Qeyd edək ki, Bernardeski "Yuventus"a 2017-ci ildə "Fiorentina"dan transfer olunub. Romanyoli isə "Milan"a 2015-ci ildə "Roma"dan keçib.

101.az (qol az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR