QMİ-dən Ramazan ayının nə zaman başlaması ilə bağlı AÇIQLAMA

QMİ-dən Ramazan ayının nə zaman başlaması ilə bağlı AÇIQLAMA

Ramazan ayı ilə bağlı hələki iclas etməmişik. Biz Ramazan ayı ilə bağlı fətva verəndə yeni bir şey etmirik. Bu ayı Allah-Təala yaradıb. Ay bəzən bir gün sonra görünür.

101.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ağdamda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, bu elmi məsələdir, rəsədxana hansı məlumatları bizə versə ona uyğun da qərar veriləcək. Ola bilər ki, ay bizim üfüqdə tez və ya gec görünsün. Bu məsələ bizdən asılı deyil.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR