Niyaməddin Musayev xəstəxanaya yerləşdirilib

Niyaməddin Musayev xəstəxanaya yerləşdirilib

Xalq artisti Niyaməddin Musayev koronavirus infeksiyasına yoluxub.

101.az-ın əldə etdiyi məlumata görə, test nəticəsi pozitiv çıxan müğənni Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Bir neçə gündür N.Musayev orada müalicə alır.

Xəstəxanadan Axşam.az-a verilən məlumatda bildirilib ki, müğənninin hazırda durumu yaxşıdır. Onun hərarəti normala düşüb.

Əməkdaşımız N.Musayevlə əlaqə saxlasa da, o, bu haqda danışmaq istəmədiyini, özünü yaxşı hiss etdiyini bildirib.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR