Fəxri Konsul Vladislav Krikli ilə görüşdü

Fəxri Konsul Vladislav Krikli ilə görüşdü

Ukraynanın Azərbaycandakı Fəxri Konsulu Mehrəli Qasımov ilə Ukraynanın İnfrastruktur naziri Vladislav Krikli arasında rəsmi görüş olub.

101.az xəbər verir ki, görüş zamanı hər iki ölkə arasında reallaşdırılan tədbirlər barədə danışılıb.

Fəxri Konsulluğun fəaliyyəti barədə geniş məlumat verilib. Eləcə də, Azərbaycan və Ukrayna arasında ticari-nəqliyyat məsələləri də müzakirə olunub. Vacib məqamlardan biri olaraq Azərbaycan Bitumunun Ukrayna bazarına gələcəkdə idxalının təşkil edilməsi də xüsusən vurğulanıb.

Qeyd edək ki, iqlim şəraitinə uyğunlaşmasının öyrənilməsi üçün 114 ton Azərbaycan Bitumunun Ukrayna bazarına Qara Dəniz yolu ilə ilk nəqli 2019- ilin iyul ayında həyata keçirilib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR