Tanınmış kluba Bundesliqada iştirak üçün lisenziya verilmədi

Tanınmış kluba Bundesliqada iştirak üçün lisenziya verilmədi

Avstriyanın "Austriya" futbol komandası 2021/2022 mövsümündə Bundesliqada iştirak etmək üçün lisenziya ala bilməyib.

101.az xəbər verir ki, qərar Vyana təmsilçisi maliyyə meyarlarını yerinə yetirə bilmədiyi üçün qəbul olunub.

"Austriya"nın apellyasiya şikayəti vermək üçün aprelin 21-dək vaxtı var.

Qeyd edək ki, 1910-cu ildə əsası qoyulan klub 24 qat Avstriya çempionudur. Paytaxt təmsilçisi 27 dəfə ölkə kubokunun, 6 dəfə isə Superkubokun qalibi olub.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR