"Atletiko" bu futbolçularla yolları ayırır

"Atletiko" bu futbolçularla yolları ayırır

"Atletiko" bu yay bir neçə futbolçusu ilə yolları ayırmaq niyyətindədir.

101.az "Cadena Ser"ə istinadən xəbər verir ki, Madrid klubundan gedə biləcək oyunçular arasında müdafiəçilər Xose Ximenes və Şime Vrsalko, yarımmüdafiəçilər Vitolo, Saul Niqes və Lukas Torreyra ("Arsenal"dan icarəyə götürülüb) var.

"Atetiko" "Lion"dan icarəyə götürdüyü hücumçu Mussa Dembele ilə bağlı isə bu mövsümün sonunda qərar qəbul etməyi düşünür. Onun baş məşqçisi Dieqo Simeoneni özünə inandırmaq üçün bir şans var.

101.az (qol az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR