“Türk ocaqları” Şuşada kitabxana açmaq istəyir

“Türk ocaqları” Şuşada kitabxana açmaq istəyir

Mərkəzi Qərargah Ankarada yerləşən, 110 yaşlı “Türk ocaqları” təşkilatı Şuşada kitabxana yaratmaq istəyir. “Türk ocaqları”nın əsas qurucu babalarından olan Əhməd bəy Ağaoğlunun adını daşıyacaq kitabxananın ərsəyə gəlməsi üçün “Türk ocaqları” bütün imkanlara sahibdir.

Bu barədə Azərbaycan “Türk ocağı”nın sədri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı Modern.az-a məlumat verib.

A.Aşırlı qeyd edib ki, Türkiyədə və Avropanın bir çox ölkəsində 200-dən çox şöbəsi olan “Türk ocaqları” Şuşanın tarixi önəmini və mədəniyyət paytaxtı kimi gərəkliyini çox gözəl anlayır və azad Şuşada gözəl bir kitabxana tikib, Türk Dünyası mütəfəkkirlərinin əsərləri ilə zənginləşdirməyi arzu edir.

Türkiyənin dövlətçilik tarixində böyük rolu olan “Türk ocaqları”nın əsasının Əhməd bəy Ağaoğlunun evində qoyulmasına diqqət çəkən A.Aşırlı deyib: “Cənab Ali Baş Komandan İlham Əliyev “Türk ocaqları”nın bu təklifinə müsbət rəy versə, qısa müddət ərzində bu proseslərə başlanıla bilər.

“Türk ocaqları”nın hər bir üzvü bu işi qəlbən, ruhən həyata keçirməyə hazırdır”.

A.Aşırlı qeyd edib ki, Ə.Ağaoğlu, Əli bəy Hüseynzadə kimi mütəfəkkirlərin Türkiyədə quruculuğunda iştirak etdiyi “Türk ocaqları” 44 günlük Vətən Savaşında daim Azərbaycanın yanında olub, qızğın döyüşlər zamanı Tərtərə, Bərdəyə və Gəncəyə 420 ailə üçün humanitar yardım göndərib.

Əksər hospital və xəstəxanalarda “Türk ocağı”na mənsub onlarla milliyyətçi türk həkimi təmənnasız yaralıları əməliyyat edib həyata qaytarıblar.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR