Türkiyədə karantin qaydalarını pozanlara cərimə protokolları tətbiq olunur

Türkiyədə karantin qaydalarını pozanlara cərimə protokolları tətbiq olunur

Türkiyədə yeni növ koronavirus infeksiyasına qarşı tətbiq olunmuş tam qapanma şəraitində “Evdə qal!” rejiminin icrası sərt şəkildə davam edir.

101.az xəbər verir ki, aprelin 26-dan mayın 3-dək karantin qaydalarını pozduqlarına görə ölkə üzrə ümumilikdə 66 min 161 şəxsə aidiyyəti qaydada cərimə protokolu tətbiq olunub. Müraciətlər əsasında 3 milyon 948 min 265 nəfərə iş icazəsi verilib. Bu təyinatlı qeydiyyatın aparılması mayın 7-dək uzadılıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, mayın 3-də ölkə üzə COVID-19 infeksiyasına qarşı 243 min 648 test aparılıb. Onlardan 24 min 733 nəfərində virusun əlamətləri aşkarlanıb, 2501 nəfər xəstəxanalara cəlb olunub. Gün ərzində 347 xəstə dünyasını dəyişib, 35 min 438 nəfər sağalıb.

Hazırda 3438 xəstə bu virusdan reanimasiyadadır.

Qeyd edək ki, Türkiyədə COVID-19 infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aprelin 29-da yerli vaxtla saat 19:00-da qüvvəyə minən növbəti “Evdə qal!” rejimi tam qapanma şəraitində 17 gün fasiləsiz davam edərək mayın 17-də saat 05:00-da başa çatacaq. Əhali ümumi şəkildə tam qapanma məhdudiyyətini normal qarşılayıb.

101.az (AZƏRTAC)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR