Qəzada ölənin Aslan Hüseynov olduğu təsdiqləndi - Rəsmi

Qəzada ölənin Aslan Hüseynov olduğu təsdiqləndi - Rəsmi

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, müğənni Aslan Hüseynovun qəzaya düşərək vəfat etməsi xəbəri yalandır: “Avtomobil Aslan Hüseynovun adına olub, özü maşında olmayıb. Qəzada sürücü vəfat edib”.

***

Daha sonra Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya müğənni Aslan Hüseynovun qəzada vəfat etdiyi təsdiqlənib: “Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi “BMW” markalı avtomobillə qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Nəticədə Aslan Hüseynov vəfat edib”.

Qeyd edək ki, 1967-ci il təvəllüdlü Hüseynov Aslan Tofiq oğlunun anası ötən ay vəfat edib. Həmin vaxt müğənni Moskvada olub. A.Hüseynov Bakıya anasının yasında iştirak etmək üçün gəlmişdi.

Allah rəhmət eləsin!

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR