Ronaldu karyerasına başladığı kluba qayıtmağa yaxındır

Ronaldu karyerasına başladığı kluba qayıtmağa yaxındır

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu “Sportinq”ə keçməyə çox yaxındır.

Bu barədə “Cuatro” məlumat yayıb.

Nəşrə danışan mənbənin sözlərinə görə, mütəmadi olaraq tənqidlərlə qarşılaşan Ronaldu “Yuve” ilə 2022-ci ilin yayına qədər davam edən müqaviləsini ləğv edərək “Sportinq”ə keçmək istəyir. Portuqalıyalı hətta bunun üçün maaşında çox böyük endirim etməyə də razıdır.

Qeyd edək ki, Ronaldu peşəkar karyerasına “Sportinq” klubunda başlayıb.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR