"Xına evi açıb, Rusiyaya yolumu bağladı"

"Xına evi açıb, Rusiyaya yolumu bağladı"

Əməkdar artist Könül Kərimovanın Rusiyada qına evi açması rəqqasə Fatimə Fətəliyevanı əsəbiləşdirib.

101.az xəbər verir ki, Fatimə bir müddət əvvəl İnstaqramda canlı yayımda olarkən Kərimovaya söz atmış, "Müğənnilər öz işləri ilə məşğul olsun" sözünü demişdi.

Fatimə bu dəfə "ATV maqazin onlarla" proqramında K.Kərimovanı tənqid edib. O, məsələ ilə bağlı müğənniyə zəng etdiyini gizlətməyib:

"Moskvada xınaya Könüllə birlikdə getdik. Bakıya gələn kimi gördüm xına evi açıb, paylaşıb. Zəng vurdum ki, bu nədi? Yollarımı niyə bağladın, axı mən istəyirdim davamı gəlsin. Qayıtdı ki, sənin üçün etdim. Deyəcəm mən oxuyum, Fatimə aparıcılıq etsin".

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR